Türkologiyada məlum növün adlandırılması ilə bağlı müxtəlif fikirlər vardır. Digər növlərdən fərqli olaraq məlum növ həm təsirli, həm də təsirsiz feilləri əhatə edir. Bu məqamda təsirsiz feillər yalnız subyektlə əlaqəli olur, lakin bundan fərqli olaraq təsirli feillər isə həmçinin obyektlə əlaqəlidir. Hətta dilçilikdə məlum növü bu xüsusiyyətinə görə 2 yerə ayıran tədqiqatçılar da vardır. Digər növlər ilə müqayisədə məlum növ daha qədimdir. Feilin digər məna növlərindən fərqli olaraq icbar növ məna tiplərinə bölünmür və özünü kompleks şəkildə ifadə edərək, vahid bir semantikanı əks etdirir. Məhz elə bu vahid mənanın mövcud olması üçün qrammatik formadan istifadə edilmişdir. Qeyd etdiyimiz qrammatik formalar: arzu etmək, məcbur etmək, təkid etmək, əmr etmək, xahiş etmək mənalarını nitq prosesi zamanı ehtiva edə bilər.
In Turkology, there are different opinions regarding the naming of active voice. Unlike other types, the active voice includes both active and passive verbs. At this point, passive verbs are only related to the subject, but in contrast, active verbs are also related to the object. This is even a active voice in linguistics.There are also researchers who divide it into 2 places according to its characteristics. Compared to other species, the active voice is older. Unlike other meaning types of the verb, the causative type is not divided into meaning types and, expressing itself in a complex way, reflects a unified semantics. Grammatical form was used for this single meaning. The grammatical forms we have mentioned: to wish, to force, to insist, to command, to request may contain the meanings during the speech process.