Azərbaycanda karikatura janrının yaranması və inkişafı qrafik rəssam Əzim Əzimzadənin (1880-1943) “Molla Nəsrəddin” jurnalında əsərlərinin nəşr edilməsi ilə əlaqəlidir. Rəssam tənqidi xarakter daşıyan satirik karikaturalar çəkmişdir. Əzim Əzimzadə Bakıda anadan olmuşdur. O, 1920-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbinin əsasını qoymuşdur. Məqalənin məqsədi olaraq Əzimzadə yaradıcılığındakı xüsusi yanaşmaların Azərbaycan sənətşünaslığına verdiyi töhfələr, onun əsərləri əsasında elmi araşdırma nəzərdə tutulur. Fəza təfəkkürü baxımından Əzim Əzimzadə yaradıcılığı, rəng dünyası elmi-məntiqi-həndəsi qaydalar əsasında araşdırılır. Rəssamın əsərləri əsasında rənglərə, forma yaratmağa, səthin doldurulmasına fəza təfəkkürü baxımından yanaşılır, elmi əhəmiyyəti məntiqi olaraq əsaslandırılır. Əzim Əzimzadə sənət və yaradıcılığında riyazi qanunauyğunluq əsasında həndəsi yanaşmalar göstərir ki, insan yaradıcılığı elmə söykənmədən əsərlərin mahiyyətini göstərə bilməz. Rəssamın yaradıcılığını yaşadığı dövrün və cəmiyyətin həqiqətlərini əks etdirən güzgü kimi dəyərləndirmək olar.
The emergence and development of the cartoon genre in Azerbaijan is associated with the publication of works by graphic artist Azim Azimzade (1880-1943) in the magazine Molla Nasreddin. The artist drew satirical cartoons of a critical nature. Azim Azimzade was born in Baku. In 1920, he founded the Azerbaijan Art College named after A.Azimzade. The purpose of the article is to study the contribution of special approaches in Azimzade's work to Azerbaijani art criticism on the basis of his works. From the point of view of spatial thinking, Azim Azimzadeh's creativity, the world of color is studied on the basis of scientific-logical-geometric rules. On the basis of the artist's works, he approaches the filling of colors, shapes, and surfaces from the point of view of spatial thinking, and his scientific significance is logically substantiated. In Azim Azimzadeh's art and creativity, geometric approaches based on mathematical laws show that human creativity cannot show the essence of works without relying on science. The artist's work can be considered as a mirror that reflects the realities of his time and society.